Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısı alınıb, vəzifə və tapşırıqlar yerinə yetirilib

15:35 - 13 Sentyabr 2022

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısı alınıb, vəzifə və tapşırıqlar yerinə yetirilib

Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısı alınıb.

 

Manset.az xəbər verir ki, bu barədə sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ermənistan-Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə keçirdiyi operativ müşavirədə bildirilib.

Müşavirədə aidiyyəti üzrə məruzələr təqdim edilib, Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısının alındığı, bütün müvafiq vəzifə və tapşırıqların yerinə yetirildiyi bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az