Belarus XİN Ermənistan-Azərbaycan sərhədindəki gərginliyə münasibət BİLDİRDİ

20:27 - 13 Sentyabr 2022

Belarus XİN Ermənistan-Azərbaycan sərhədindəki gərginliyə münasibət BİLDİRDİ

Belarus Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bəyanatda rəsmi Minsk tərəfləri təmkinli olmağa çağırır.

Qeyd olunur ki, Belarus sərhəddəki durumu narahatlıqla izləyir.

“İstənilən münaqişə yalnız siyasi və diplomatik vasitələrlə həll edilə bilər və həll edilməlidir. Belarus Cənubi Qafqazda sülhün və sabitliyin əldə olunmasına töhfə verməkdə davam edəcək”, - bəyanatda bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az