Mustafa Şentop Azərbaycan xalqına başsağlığı verdi

22:13 - 13 Sentyabr 2022

Mustafa Şentop Azərbaycan xalqına başsağlığı verdi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop sentyabrın 13-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya zəng edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Manset.az-a verilən məlumata görə, telefon danışığı zamanı TBMM sədri sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi təxribatlarla maraqlanıb, qardaş ölkənin xalqımıza və dövlətimizə dəstəyini və həmrəyliyini ifadə edib. O, Ermənistanın təxribatları nəticəsində hərbi qulluqçularımızın şəhid olması ilə bağlı özünün və TBMM üzvlərinin adından Sahibə Qafarovaya və Azərbaycan xalqına başsağlığı verib.

Sahibə Qafarova Ermənistan tərəfindən törədilən təxribatlar haqqında həmkarına ətraflı məlumat verib. Spiker başsağlığına görə Mustafa Şentopa və TBMM üzvlərinə minnətdarlığını bildirib, xalqımızın hər zaman qardaş Türkiyənin dəstəyini hiss etdiyini qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az