Azərbaycandan Ermənistan sərhədi ilə bağlı TƏKLİF: "Təhlükəsiz zona..."

15:42 - 16 Sentyabr 2022

Azərbaycandan Ermənistan sərhədi ilə bağlı TƏKLİF: \"Təhlükəsiz zona...\"

Azərbaycanın Ermənistanla sərhədində təhlükəsiz zona yaradılması təklif edilir.

 

Manset.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyafət Əsgərov çıxış edib.

Onun sözlərinə görə, həmin ərazilərə köçürüləcək insanlar rahat yaşamalıdır: “Biz təklif edirik ki, Ermənistanla sərhəddə təhlükəsiz zona yaradılsın və ora köçürüləcək məcburi köçkünlərimiz özlərini rahat hiss etsinlər”.

Z.Əsgərov bildirib ki, Ermənistan hər zaman təxribatlara əl atır: “Paşinyan Brüsseldə başqa şey danışır, ölkəsinə gələndə isə başqa cür hərəkət edir”.(report)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az