Hikmət Hacıyev Azərbaycan-Ermənistan münasibətlərini Karen Donfridlə müzakirə etdi

19:42 - 26 Sentyabr 2022

Hikmət Hacıyev Azərbaycan-Ermənistan münasibətlərini Karen Donfridlə müzakirə etdi

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin hazırki vəziyyəti, sülh müqaviləsi, sərhədlərin delimitasiyası ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə müzakirə olunub.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev şəxsi tviter hesabında yazıb.

“H.Hacıyev və K.Donfried arasında keçirilmiş görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin hazırki vəziyyəti, sülh müqaviləsi, sərhədlərin delimitasiyası və nəqliyyat məsələləri, o cümlədən Azərbaycan-ABŞ ikitərəfli strateji əlaqələrinin inkişaf perspektivləri müzakirə olundu”, - deyə məlumatda bildirilir.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az