ATƏT-ə sədrlik edən Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Zbiqnev Rau Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə təşkilatın missiyasının Ermənistan-Azərbaycan sərhədindəki münaqişə zonasına göndərilməsi imkanlarını müzakirə edib.
Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Ermənistan və Azərbaycan sərhədində son hadisələr və bu regiona ATƏT-in missiyasının göndərilməsinin potensial imkanları müzakirə edilib”, - Polşa Xarici İşlər Nazirliyindən bildiriblər.