Prezident “Mother Albaniya” abidəsini ziyarət etdi - FOTOLAR

17:17 - 15 Noyabr 2022

Prezident “Mother Albaniya” abidəsini ziyarət etdi - FOTOLAR

Noyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Tiranada “Mother Albaniya” abidəsini ziyarət edib.

 

Manset.az xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Məlumat verilib ki, Milli Qəhrəmanlar Xiyabanında yerləşən on iki metrlik “Mother Albaniya” abidəsi 1971-ci ildə ucaldılıb. Nəhəng abidə Albaniya uğrunda canını qurban verərək həlak olmuş əsgərləri qoruyan bir ananı təmsil edir. Ana heykəli əlində dəfnə çələngi və ulduz tutub. Abidə üç metrlik postament üzərində ucaldılıb. Postamentin üzərində “Vətən şəhidlərinə əbədi eşq olsun!” sözləri yazılıb.

Sonra dövlət başçısı şəhərin mənzərəsini seyr edib.






Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az