Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 3 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Manset.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 2 yük avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.
Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 58-ə çatıb.