Türkiyə istehsalı "Togg" elektromobili Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.
Manset.az xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalı məlumat yayıb.
Bildirilir ki, mərasim sabah, aprelin 4-də baş tutacaq. Bu zaman Türkiyədə istehsal edilən üçüncü "Togg" avtomobili İlham Əliyevə təhvil veriləcək.
Xatırladaq ki, bu gün yerli istehsal ilk iki avtomobil Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğana təhvil verilib.