Almaniyanın Hamburq şəhərində üç həftəyə yaxındır aksiya keçirən ekoaktivistlər bu dəfə fərqli etiraz üsulu seçiblər.
Manset.az yerli mətbuata istinadən xəbər verir, iqlim fəalları şəhərdəki məşhur Elbe tunelinin girişi və Elbe körpüsünün çıxışında əllərini asfalta yapışdırıblar.
Aksiyanın başlamasından sonra tunel və körpüdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və şəhər mərkəzinə qədər 30 kilometrlik tıxac yaranıb.
Aksiya yerinə çoxlu sayda polis, yanğınsöndürən və təcili yardım maşınları cəlb edilib.
Polislər zeytun yağı, əl üçün təhlükəsiz kimyəvi maddələr və digər vasitələrlə aktivistlərin əllərini asfaltdan qoparıb və yapışqanı təmizləyiblər. Hüquq-mühafizə orqanları etirazçıları saxlayıb.