“Biz dostuq, müttəfiqik, xalqlarımızı qardaşlıq əlaqələri bağlayır” - Prezident

15:39 - 07 Aprel 2023

“Biz dostuq, müttəfiqik, xalqlarımızı qardaşlıq əlaqələri bağlayır” - Prezident

“Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Altı ay əvvəl biz Gürcüstanda sizin qonağınız idik. Bu gün siz Azərbaycandasınız”.

 

Manset.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatı zamanı deyib.

“Mən Gürcüstanda olarkən Mçxeta rayonunda olmuşdum. Bu gün siz Qəbələ rayonundasınız. Hesab edirəm ki, bu, çox yaxşı ənənədir. Çünki beləliklə, biz həm Gürcüstanın, həm də Azərbaycanın maraqlı tarixi yerləri ilə tanış oluruq və bu bizim dostluğumuzu daha da gücləndirir”, - deyə İlham Əliyev bildirib.

İlham Əliyev qeyd edib ki, Azərbaycanla Gürcüstan uzun illərdir bir-birilə sıx əlaqədədir.

“Biz dostuq, müttəfiqik, xalqlarımızı qardaşlıq əlaqələri bağlayır. Bütün müzakirə olunan məsələlər bir məqsəd güdür ki, ikitərəfli əməkdaşlığı dərinləşdirək və xalqlarımızın gələcəyi üçün lazım olan bütün addımları ataq”, - deyə əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az