Bəzi seçki dairələrinin tərkibi dəyişdirildi

20:18 - 12 Aprel 2023

Bəzi seçki dairələrinin tərkibi dəyişdirildi

Məzahir Pənahovun sədrliyi ilə aprelin 12-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

 

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Manset.az-a bildiriblər ki, əvvəlcə Komissiyanın fevralın 6-da keçirilmiş iclasının protokolu təsdiq edilib. Sonra bir sıra seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunması məsələsinə baxılıb.

Aparılan müzakirələrdən sonra 9 saylı Binəqədi ikinci, 13 saylı Xəzər-Pirallahı, 61 saylı Neftçala, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Beynəlxalq qurum və media orqanları nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az