Sarayevoda İlham Əliyevin şərəfinə nahar verildi - FOTO

20:57 - 13 Aprel 2023

Sarayevoda İlham Əliyevin şərəfinə nahar verildi - FOTO

Aprelin 13-də Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə Bosniya və Herseqovinanın Rəyasət Heyəti tərəfindən rəsmi nahar verilib.

 

Manset.az xəbər verir ki, nahardan sonra Prezident İlham Əliyevə xizək hədiyyə edilib.

Bildirilib ki, tamamilə əl işi olan bu xizəyin orijinalını 1984-cü ildə Sarayevoda keçirilmiş Qış Olimpiya Oyunları zamanı bosniya və herseqovinalı idmançı istifadə edib. Bu hədiyyə məxsusi olaraq Prezident İlham Əliyev üçün hazırlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az