İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar ilə görüşüb.
Manset.az xəbər verir ki, o bu barədə öz “Twitter” hesabında paylaşım edib.
Bildirilib ki, görüşdə ölkələrimizin energetika sahəsində əməkdaşlığı və qlobal layihələrin həyata keçirilməsində tərəfdaşlıq barədə mövcud vəziyyət müzakirə edilib.
Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar (@aBayraktar1) ilə keçirdiyimiz görüşdə #energetika sahəsində ölkələrimizin əməkdaşlığı və qlobal layihələrin həyata keçirilməsində tərəfdaşlıq barədə mövcud vəziyyəti müzakirə etdik.#EconomyAz pic.twitter.com/TmRP1Z9XBG
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 14, 2023