Laçındakı təxribatda Fransa İZİ - Bəs Makronun "Rəis"i kimdir?

09:07 - 15 Aprel 2023

Laçındakı təxribatda Fransa İZİ - Bəs Makronun \"Rəis\"i kimdir?

Ermənistanın ağası da elə nökəri ağıldadır. Emanuel Makron başa düşməlidir ki, Cənubi Qafqazdakı proseslərdə, xüsusən də Qarabağ ətrafında cərəyan edən məsələlərdə rəsmi Paris heç kimdir. Bunun səbəbi isə heç kəsə sirr deyil. Səbəb, Makronun Vətən müharibəsinin gedişində və postkonflikt dövründə anti-Azərbaycan mövqeyi, ikili standartlara söykənən yarıtmaz siyasətidir. Elə bunun nəticəsidir ki, Azərbaycan ötən ilin dekabrında Brüssel görüşündə Fransa rəhbərliyinin də iştirakını haqlı olaraq əsas gətirməklə həmin görüşdən imtina edərək faktiki olaraq Emanuel Makronu Qafqazdakı proseslərdən "dışlamasıdır". 

 

Manset.az xəbər verir ki, Bakı 30 illik işğal dövründə ATƏT-in Minsk Qrupu kimi münaqişəyə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində son qoymaq istiqamətində son qoymaq üçün heç bir təqdirəlayiq addımı, yadda qalan təşəbbüsü xatırlanmayan bir Fransanı yenidən bu proseslərin içində görmək istəyə bilərdimi?! Əlbəttə ki, xeyir. Bu gün sülh Ermənistanla Azərbaycan arasındakı sülh danışıqlarında Bakının yer vermədiyi rəsmi Parisin regionla bağlı arzuları, planları bununla da deaktivləşdirildi. 

Aprelin 11-də Laçın ərazisində Ermənistan-Azərbaycan şərti sərhəddində törədilən təxribatın da məhz bu gün heç cürə Cənubi Qafqazdakı proseslərə birbaşa müdaxilə edə bilmək imkanlarından məhrumiyyətlə üz-üzə qalan qüvvə kimi Fransa amilinin də olduğu istisna edilmir. Çünki Fransa yer almadığı danışıqların baş tutmaması üçün iki ölkə arasında gərginliyin, eskalasiyanın olmasında ən maraqlı tərəflərdən biridir. Bunu Elə Avropa İttifaqının Laçındakı erməni təxribatı ilə bağlı Avropa İttifaqının Azərbaycanın razılığı olmadan birtərəfli şəkildə Ermənistan sərhəddində fəaliyyətini davam etdirən "mülki" missiyanın yaydığı bəyanat da təsdiq edir. 

Belə ki, missiyanın bəyanatında bildirilir ki, onların sayı məhdud olduğundan həmin istiqamətdə fəaliyyət göstərmədiklərindən, insidentin üzərindən 4 gün keçsə də bu zamana kimi hər hansı bəyanat verə bilməyiblər. Bilirik ki, məhz bu missiyanın Azərbaycanla sərhəddə fəaliyyət göstərməsi məsələsində əsas təşəbbüskar elə Fransa hökümətidir.

Deməli...

1. Fransa erməni tərəfinə məhz Rəisi və Xamneyi cütlüyünün İranı ilə birgə belə bir təxribatın hazırlanması üçün ortaq təlimat veriblər. Bunun üçün hətta Ermənistan İran silahları ilə də silahlandırılıb. Bunu etməklə Ermənistana bugünkü gün ən açıq dəstəyi verən iki gizli "dost" ölkə Azərbaycanın yaratdığı yeni geosiyasi reallığa qarşı çıxdıqlarını nümayiş etdirməklə yanaşı, eyni zamanda bölgədəki proseslərin əsas aktoru olmaq arzuları imkanları xaricində bir məsələyə çevrildiyindən, həm Azərbaycandan, eyni zamanda sülhə vasitəçilikdə maraqlı olan tərəflərdən qisas almaq barədə düşünürlər. 

2. Hazırda Avropq İttifaqının sədrliyini daşıyan Fransa missiyasının bu bəyanatı ilə eyni zamanda digər əsl niyyətlərini açıb ortalığa qoymuş olur. Saylarının məhdud olduğundan məhz Laşın istiqamətində Azərbaycanla Laçın istiqmətindəki şərti sərhəd istiqamətində fəaliyyət göstərmədiklərinə 3-5 cümləlik bəyanatda xüsusi yer verən "mülki" missiya vasitəsi ilə rəsmi Paris belə görünür ki, sərhəddimizdəki əli silahlı üzvlərinin sayını artırmaq niyyətindədir. Beləcə, Fransa bölgədəki varlığını daha da qarantiləmiş olacağı fikrindədir.

Bütün bu proseslərin ardından Fransa Xarici işlər nazirinin Azərbaycana qarşı təxribatçı bəyanatla çıxış etməsi bir daha Laçında ermənilər tərəfindən törədilən son silahlı insidentə işıq saldı. 

Fransa XİN-i bu bəyanatla Azərbaycana hansı mesajı vermək istədi?

Azərbaycanın Laçında verdiyi 3 şəhidin qanının baiskarı məhz Nikol Paşinyan və Ermənistanın siyasi-hərbi rəhbərliyini dəstəkləyən Fransa, İran və digər ermənipərəst siyasətlərini, işğalçılığı, sülhə təhdid yaradan digər terrorzimi dəstəkləyən adı çəkilən qüvvələrdir. Çünki bu və digər dövlətlər, dövlət başçıları və beynəlxalq siyasi dairələr Vətən müharibəsinin aktiv fazasının başa çatdığı son 2 il ərzində İrəvanın Azərbaycanla sülh müqaviləsi imzalamaması, Zəngəzur dəhlizinin açılmaması üçün əllərindən gələni etdilər. Ona görə də Emanuel Makron başda olmaqla, onun kimi Ermənistanı təxribatlara sövq edən, eskalasiya üçün silahlandıran bütün dövlət başçılarının əli bu cinayətlərdə var. 

Hələ bunlar azmış kimi bir də durub indi Fransa XİN-in Laçındakı təxribata görə Azərbaycanı ittiham etməsi öz əməllərini pərdələməkdən başqa bir şey deyil. Çünki yayılan kadrlardan da hər şey açıq-aydın ortadadır. Həmin videodan kimin təxribata çəkdiyi, kimin atəş açdığını sezmək çətin məsələ deyil. Kadrlar bir daha düşünməyə əsas verir ki, bu təxribat öncədən və uzun vədəlik planın nəticəsi idi. Bu səbəbdən də indi Fransanın belə bir bəyanatla çıxış etməsi absurd, gülünc, heç bir məntiqə və beynəlxalq hüquqa sığan bir məsələ deyil. 

Nə qədər ki, Fransa və Ermənistanınm digər havadarları balansı siyasət yürütmyəcəklər, tərəflərə sülhü təşviq etmək üçün ikili standartlı yanaşmalardan əl çəkməyəcəklər, bölgədə yeni müharibə ocağı yaratmaq istiqamətində fəlaiyyətlərini davam etdirəcəklər, bilməlidirlər ki, bunun ən böyük ağrısını Ermənistan hiss edəcək, İrəvan yaşayacaq. Çünki Azərbaycanın 10 noyabr üçtərəfli bəyanatından bəri apardığı əməliyyatlar nəticəsində yerləşdiyi yeni yüksəkliklər Ermənistanı, xüsusilə də Zəngəzuru nişangahda saxlamaq üçün kifayətdir. Elə bu səbəbdən də bu dövrü rəsmi Bakı üçün məhsuldar adlandıram olar. Laçın yolunun və Ermənistanı Qarabağla birləşdirən bütün yolların hazırda Ordumuzun nəzarətində olması da Ermənistanın manevr imkanlarını xeyli azaldıb. 

Bütün bu nüanslar və günü-gündən güclənən, eləcə də müasir hərbi texnikalarla təchiz edilən modernləşdirilmə istiqamətində çox böyük işlətin görüldüyü Azərbaycan Ordusunun real gücü deməyə əsas verir ki, Ermənistan Azərbaycana qarşı təxribatlar törətməklə indi daha təhlükəli odla oynayır. Paşinyan hakimiyyəti kənar qüvvələrin müdaxilələrinə uyacağı təqdirdə bu odun elə ən birinci onun özünü yandıracağı isə heç bir şübhə doğurmur.

Atabəy Türkel

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az