Heydər Əliyevin adı BAM-ın tikintisində qızıl hərflərlə yazılıb - Rusiyanın nəqliyyat naziri

17:54 - 26 Aprel 2023

Heydər Əliyevin adı BAM-ın tikintisində qızıl hərflərlə yazılıb - Rusiyanın nəqliyyat naziri

Heydər Əliyev tarixə əbədi düşüb, onun adı BAM-ın tikintisində qızıl hərflərlə yazılıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın nəqliyyat naziri Vitali Savelyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə və onun Baykal-Amur Magistral dəmiryol xəttinin tikintisində xidmətlərinə həsr olunmuş sərginin açılışında deyib.

“Bu sərgi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Bu gün burada taleyində Heydər Əliyevin əsas rolu olan veteranlar var. Bu çox vacibdir. Bütün çıxış edənlər Heydər Əliyevi SSRİ-də nəqliyyatın, o cümlədən Baykal-Amur magistralının inkişafı üçün çox işlər görmüş yüksək peşəkar insan kimi səciyyələndiriblər. Onun adı BAM-ın tikintisində qızıl hərflərlə yazılıb və biz bunu həmişə xatırlayacağıq”, - deyə nazir bildirib.

V.Saveliyev Rusiya və Azərbaycanın nəqliyyat nazirlikləri arasında əməkdaşlıqdan da danışıb, nazirliklərin birgə layihələr üzərində işlədiyini vurğulayıb. “Xalqlarımızı dərin tarix bağlayır, siyasi əlaqələrimiz kifayət qədər ciddi səviyyədədir. Bugünkü nəqliyyat nazirlərinin vəzifəsi nəqliyyat infrastrukturumuzu inkişaf etdirməkdir”, - deyə Vitali Savelyev əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az