Prezidentin dəvət etdiyi atletlər Bakıya gəldi

17:02 - 27 Aprel 2023

Prezidentin dəvət etdiyi atletlər Bakıya gəldi

İrəvanda keçirilmiş ağırlıqqaldırma üzrə Avropa çempionatında zəfər qazanmış Türkiyə idmançıları Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycana gəlib.

 

Manset.az xəbər verir ki, Bakıya gələn nümayəndə heyətinə Avropa çempionları Nuray Güngör, Cansu Bekdaş, Yusuf Fehmi Genc, Avropa çempionatının gümüş mükafatçısı Qamze Altun və Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü daxildir.

Səfər çərçivəsində qonaqların Bakıda bir sıra görüşləri və tədbirlərdə iştirakları nəzərdə tutulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az