Gürcüstandan 13 Azərbaycan vətəndaşı deportasiya edildi

18:23 - 27 Aprel 2023

Gürcüstandan 13 Azərbaycan vətəndaşı deportasiya edildi

2023-cü ilin yanvar-mart ayları ərzində Gürcüstandan 13 Azərbaycan vətəndaşı deportasiya edilib.

 

Manset.az xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb. Bildirilib ki, deportasiya edilən Azərbaycan vətəndaşlarından 7-si kişi, 6-sı isə qadındır. Onlardan 6-sı isə 18 yaşına çatmayanlar olub (3 oğlan, 3 qız).

Bu ilin birinci rübündə Gürcüstandan ən çox deportasiya edilən əcnəbilər Azərbaycan vətəndaşları olublar.

Hesabat dövründə Gürcüstandan 10 Hindistan, 8 İran, 7 Banqladeş olmaqla ümumilikdə 15 ölkədən 55 əcnəbi deportasiya edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az