ABŞ İsrailə iki “Dəmir günbəz” raket əleyhinə müdafiə sistemi göndərməyi planlaşdırır.
Manset.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Mənbələr agentliyə bildiriblər ki, Vaşinqton sözügedən silahları əvvəllər İsraildən alıb və ölkəni daxil olan raketlərdən qorumaq üçün geri qaytarmaq niyyətindədir.
Sistemlərin nə vaxt qaytarılacağı məlum deyil.