Ermənistan İranda “3+3” formatında keçiriləcək görüşə dəvət aldı

16:55 - 20 Oktyabr 2023

Ermənistan İranda “3+3” formatında keçiriləcək görüşə dəvət aldı

Hökumət Tehranda Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində “3+3” formatında görüşün mümkünlüyünü nəzərdən keçirir.

 

Manset.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan brifinq zamanı bildirib.

Nazir müavini qeyd edib ki, Ermənistan İrandan dəvət alıb və hazırda bu məsələni iranlı həmkarları ilə müzakirə edir:

“Nazirlər səviyyəsində dəvət daxil olub və Ermənistan, Azərbaycan, Gürcüstanın Xarici İşlər Nazirliklərinə göndərilib”.

Kostanyan əlavə edib ki, “3+3” formatı həm də Türkiyə, İran və Rusiya nümayəndələrinin iştirakını nəzərdə tutur.

Qeyd edək ki, İranda planlaşdırılan 3+3 formatında (Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan, Gürcüstan) xarici işlər nazirləri səviyyəsində görüşdə iştiraka Ermənistan da razılıq verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az