İkardi Beşiktaşla oyunda Qalatasaraya qələbə qazandırdı

22:52 - 21 Oktyabr 2023

İkardi Beşiktaşla oyunda Qalatasaraya qələbə qazandırdı

Azarkeşlər Türkiyə Superliqasının IX turunda derbi həyəcanı yaşayıblar.

Manset.az xəbər verir ki, bu turda “Qalatasaray” doğma meydanda "Beşiktaşı qəbul edib.

İstanbul derbisinin qalibi “Sarı-qırmızılılar” olub. Gərgin keçən qarşılaşmada "Beşiktaş azlıqda qalıb.

Qapıçı Mərt Günok kobudluğa görə meydandan qovulub. 26 və 82-ci dəqiqələrdə Mauro İkardinin vurduğu qollara qonaqlardan Aleks-Oksleyd Çamberlayn 69-cu dəqiqədə cavab verib. Matç 2:1 hesabı ilə meydan sahiblərinin qələbədsi ilə bitib. 

Bu nəticə ilə Okan Burukun yetirmələri 25 xalla liderliyə yüksəlib. 4-cü pillədəki “Beşiktaş” isə 16 xalda qalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az