Üstünə fişəng atılan futbolçu eşitmə qabiliyyətini İTİRDİ

21:52 - 23 Oktyabr 2023

Üstünə fişəng atılan futbolçu eşitmə qabiliyyətini İTİRDİ

"Panatinaikos" klubunun ispaniyalı yarımmüdafiəçisi Xuankara "Olimpiakos"la oyunda fişənglərə tuş gəlməsi səbəbindən daxili qulaq zədəsi və qismən eşitmə itkisi diaqnozu qoyulub.

 

Manset.az  lent.az-a istinadən bildirir ki, oktyabrın 22-də Pireydə baş tutan qarşılaşma ikinci hissənin əvvəlində 1:1 hesabı ilə dayandırılıb. Meydançaya daxil olmamışdan əvvəl yan xəttdə isinmə hərəkətləri edən Xuankar tribunadan atəşfəşanlığa tuş gəlib. Ona meydançada tibbi yardım göstərilib və xəstəxanaya aparılıb.

Bundan sonra "Panatinaikos"un futbolçuları oyunu davam etdirməkdən imtina edərək paltardəyişmə otağına gediblər və bir saat sonra oyunun nəhayət dayandırıldığı açıqlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az