Dünyasını dəyişən hakimlə “Nikosayağı”nı nə birləşdirir? - DETALLAR

12:49 - 14 May 2025

Dünyasını dəyişən hakimlə “Nikosayağı”nı nə birləşdirir? - DETALLAR

Xəbər verdiyimiz kimi, bir neçə gün  öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev infarkt keçirərək dünyasını dəyişib.


Manset.az-ın əldə etdiyi məlumata görə, mərhum hakim  “Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə keçirilən məhkəmə prosesinə sədrlik edib. Samir Əliyev həmin prosesdə Nicat Şakirlinin 5 il müddətinə azadlıqdan məhrum edilməsinə və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə dair hökm çıxarmışdı.

Qeyd edək ki, Samir Əliyev əmək fəaliyyətinə 1994-cü ildə Nəsimi Rayon Məhkəməsində məhkəmə katibi kimi başlayıb. 1998–2008-ci illərdə Ali Məhkəmədə vətəndaşların qəbul və müraciətlərinə baxılması şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 2008–2015-ci illərdə Sabunçu Rayon Məhkəməsinin hakimi olub. 2016-cı ildən isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim kimi fəaliyyət göstərirdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv