Türkiyədə küçə sorğusu zamanı azərbaycanlı qadının Azərbaycan-Türkiyə münasibətləri haqda fikirləri sosial şəbəkələrdə gündəm olub.
Manset.az xəbər verir ki, qadın son zamanlar iki qardaş ölkə arasında yaşanan soyuqluqdan danışıb.
“Biz yaxşılıqdan başqa nə etdik? Bilən, bilməyən danışır. Azərbaycan hər zaman - zəlzələlərdə, meşə yanğınlarında sonuna qədər Türkiyənin yanında olub.
Bizim hicab məsələsinə qarışırsız. Burada o qədər başörtüsüz insan var. Bizdə heç kimə məcbur etmirlər, elə bir qanun yoxdur. Blogerləriniz çıxıb Azərbaycan haqda mənfi sözlər danışır. Azərbaycanın etdiyi yaxşılıqları da danışın.
Burada aranı qarışdıran insanlara türk demirəm. Deyirlər Qarabağ müharibəsində yanınızda olduq. Hansı türk əsgəri müharibədə döyüşdü? Bir türk şəhidiniz oldumu?”, - o qeyd edib.
Həmin görüntüləri təqdim edirik: