logo
logo logo
logo

Torpağın sotunun qiyməti 16 min manatı ötdü - Kəskin bahalaşma 

16:29 - 04 Noyabr 2026

Torpağın sotunun qiyməti 16 min manatı ötdü - Kəskin bahalaşma 

Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) 2026-cı ilin oktyabr ayı üzrə daşınmaz əmlak bazarının göstəricilərini açıqlayıb.


Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, oktyabrda torpaq bazarında qiymətlər artıb.

Torpağın bir sotunun median təklif qiyməti 16 250 manat təşkil edib. AQP indeksinə görə, qiymətlər sentyabr ayı ilə müqayisədə 2,2 faiz, 2026-cı ilin aprel ayı ilə müqayisədə isə 21,9 faiz yüksəlib.

Palata xatırladır ki, torpağın qiymətinə yerləşdiyi ərazi, təyinatı, kommunal və nəqliyyat imkanları, sahəsi və sənədlərinin vəziyyəti təsir edir. Buna görə də ümumi bazar artımını hər bir torpaq sahəsinə eyni qaydada tətbiq etmək olmaz.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az