Noyabrın 19-da doğma yurdlarına yola salınan köç karvanları Cəbrayıl rayonunun Soltanlı və Zəngilan rayonunun Cahangirbəyli kəndlərinə çatıb.
Manset.az xəbər verir ki, bu mərhələdə Soltanlı kəndinə köç edən 80 nəfərdən ibarət 16 ailəyə, Cahangirbəyli kəndinə qayıdan isə 75 nəfərdən ibarət 19 ailəyə mənzillərinin açarları təqdim edilib.
Açarların təqdim edilməsi mərasimlərində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.