logo
logo logo
logo

Şəkərlə bağlı geniş yayılmış yanlış fikir - Həkim həqiqəti açıqladı

01:00 - 30 Noyabr 2026

Şəkərlə bağlı geniş yayılmış yanlış fikir - Həkim həqiqəti açıqladı

"Şəkərdən tamamilə imtina etməyin sağlamlıq üçün mütləq faydalı olduğu barədə fikirlər doğru deyil. Şəkər qəbulunu azaltmaq faydalı olsa da, onun qida rasionundan tamamilə çıxarılması orqanizmdə xüsusi fizioloji dəyişikliklər yaratmır".


Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu endokrinoloq və dietoloq Yuliya Kaminarskaya bildirib.

Həkimin sözlərinə görə, xüsusilə əvvəllər qida rasionunda əlavə şəkərin miqdarı yüksək olan insanlar üçün şəkərli məhsulların istehlakını azaltmaq faydalıdır. Lakin bu, orqanizmin tamamilə yenilənməsi demək deyil.

"Şəkərdən tamamilə imtinanın xüsusi fizioloji üstünlüklər yaradacağını gözləməzdim. Orqanizmdə detoks prosesi getmir, bədən təmizlənmir və maddələr mübadiləsində xüsusi yenilənmə baş vermir", - deyə mütəxəssis bildirib.

Kaminarskaya Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini də xatırladıb. Həmin tövsiyələrə əsasən, sərbəst şəkərlərin gündəlik enerji qəbulundakı payı 10 faizdən az olmalıdır. Bu isə şəkərdən tamamilə imtina etməyin zəruri olmadığını göstərir.

Həkim əlavə edib ki, şəkərin istehlakına tam qadağa qoyulması orqanizm üçün əlavə üstünlük yaratmır. Əksinə, qidaların sərt şəkildə "faydalı" və "qadağan olunmuş" kateqoriyalarına bölünməsi bəzi insanlarda qidalanmaya həddindən artıq diqqət yetirilməsinə və qidalanma davranışının pozulmasına səbəb ola bilər. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az