Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.
Manşet.az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Nizami Rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi, polis polkovnik-leytenantı Firdovsi Yusubov vəzifəsindən azad edilərək, təqaüdə göndərilib. Hazırda rəis vəzifəsini müvəqqəti olaraq rəis müavini Hüseyn Hüseynov icra edir.
Əli VƏLİYEV