Azərbaycanı “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək iştirakçılar bəlli olub.
Manset.az xəbər verir ki, ölkəmizi beynəlxaq yarışda Tural və Turan Bağmanovlar təmsil edəcəklər.
İfaçılar Azərbaycanı "TuralTuranX" dueti ilə təmsil edəcəklər.
Tural və Turan Bağmanovlar ifa etdikləri mahnının həm də müəllifləridirlər.
Xatırladaq ki, "Avroviziya-2023" beynəlxalq mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.