Biləsuvarda atasını öldürən məktəbli saxlanıldı - YENİLƏNDİ

09:17 - 08 Sentyabr 2023

Biləsuvarda atasını öldürən məktəbli saxlanıldı - YENİLƏNDİ

Biləsuvarda qətl hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, hadisə rayonun Bəydili kəndində qeydə alınıb.

Belə ki, Soltanov Oqtay Balaqardaş oğlu övladı tərəfindən yaşadıqları mənzildə bıçaqlanıb. O, zərbənin təsirindən hadisə yerində ölüb.

Atasını öldürən oğul 16 yaşlı məktəblidir.

İlkin ehtimala görə, hadisəyə ailədaxili münaqişənin səbəb olması bildirilir.

***

Sentyabrın 7-də Biləsuvar rayonunun Bəydili kənd sakini 1972-ci il təvəllüdlü Oqtay Soltanovun yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan Manset.az-a bildirilib ki, ilkin araşdırma zamanı Oqtay İbrahimovun yetkinlik yaşına çatmayan oğlu tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az