Barmaqlarınız tez-tez keyiyir? - DİQQƏT

00:34 - 09 Sentyabr 2023

Barmaqlarınız tez-tez keyiyir? - DİQQƏT

Barmaqlardakı keyimə ciddi xəstəliklərdən xəbər verə bilər.

 

Manset.az saglamolun.az-a istinadən xəbər verir ki, barmaqların keyiməsi onurğa sütünu yırtıqlarına işarə edə bilər.

Eyni zamanda bu simptom ürək xəstəlikləri, qan dövranının pozulması, aterosklerozdan xəbər verə bilər.

Bəzən bu simptom orqanizmdə B qrupu vitaminlərinin çatışmazlığına işarə edir.

Barmaqların keyiməsi şəkərli diabetin də əlaməti ola bilər. Şəkərli diabet zamanı qan dövranı pozulur, sinirlər zədələnir nə nəticədə barmaqlarda keyimə, hissiyyatın azalması kimi simptomlar meydana çıxır.

Barmaqların keyiməsi karpal tunel sindromunun əsas əlamətidir. Bu sindrom zamanı biləkdən keçən sinir sıxılır ki, barmaqlarda keyimə və ağrı əmələ gəlir.

Bütün bunları nəzərə alaraq həkimlər barmaqları mütəmadi keyiyənlərə müayinədən keçməyi tövsiyə edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az