Moskvada Azərbaycan neftçilərinə həsr edilmiş "Neft Buruğu” art-obyektinin açılışı oldu

21:32 - 09 Sentyabr 2023

Moskvada Azərbaycan neftçilərinə həsr edilmiş \"Neft Buruğu” art-obyektinin açılışı oldu

Rusiya paytaxtında Azərbaycan neftçiləri Gününə həsr edilən "Neft Buruğu” art-obyektinin açılışı olub.

 

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin Rusiya Federasiyasındakı törəmə müəssisəsi olan "SOCAR-RUS" tərəfindən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki "Azərbaycan" pavilyonunda qoyulan art-obyektin açılışı Moskva gününə həsr olunan tədbir çərçivəsində baş tutub.

Pavilyonun direktoru Səadət Kadırova "Neft Buruğu" art-obyektin pavilyonun qonaqlarının heyranlığına səbəb olduğunu söyləyib.

"Azərbaycanın əsas sərvətlərindən biri neftdir. Biz bu sənət obyektini 20 sentyabrda qeyd olunan Azərbaycan Neftçiləri Günü ərəfəsində Moskva sakinləri və qonaqlarına təqdim etməkdən çox məmnunuq”, - deyə o, qeyd edib.

Pavilyonda keçirilən bayram tədbiri çərçivəsində ziyarətçilərə Azərbaycan xalq rəqsləri, “Məhəndi” ənənəvi xına rəsmləri üzrə ustad dərsləri, milli rəqslər üzrə təlimlər, pavilyonla bağlı tematik ekskursiyalar, Azərbaycan pavilyonunun və tərəfdaşlarının hədiyyəli viktorinaları təqdim olunub.

Pavilyonun mini yarmarkasında qonaqlara kəklikotu, hil və mixəkli ənənəvi Azərbaycan çayı təqdim olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az