Ev sahibinin küçəyə atdığı xəstə ana və 3 övladı ilə bağlı polis tədbir gördü - RƏSMİ (VİDEO)

11:31 - 11 Sentyabr 2023

Ev sahibinin küçəyə atdığı xəstə ana və 3 övladı ilə bağlı polis tədbir gördü - RƏSMİ (VİDEO)

Sosial şəbəkələrdə küçədə qalan ailənin videosu yayılıb. Bildirilib ki, kirayə pulunu ödəyə bilməyən nənə, onkoliji xəstəlikdən əziyyət çəkən ana və üç uşağı ev sahibi tərəfindən küçəyə atılıblar. 

 

Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev Manset.az-ın sorğusuna cavab olaraq bildirib ki, Suraxanı RPİ 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb. 1 nəfər müalicə almaq üçün müvafiq xəstəxanaya, azyaşlılar isə aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birlikdə sığınacağa yerləşdirilməsi təmin olunub.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Manset.az (@manset.az)'in paylaştığı bir gönderi


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az