ATV telekanalının 23 yaşı tamam olur

13:35 - 25 Dekabr 2023

ATV telekanalının 23 yaşı tamam olur

Bu gün Azad Azərbaycan (ATV) telekanalının yaranmasından 23 il ötür.

 

Manset.az xəbər verir ki, Azərbaycan teleməkanında yetərli qədər öz sözünü deyən kanal ilk dəfə dekabrın 25-i 2000-ci ildə fəaliyyətə başlayıb.

“Azad Azərbaycan Teleradio Yayım Şirkəti” Ədliyyə Nazirliyi tərəfindən 1998-ci in mayın 13-də dövlət qeydiyyatına alınıb.

Kanalın ilk efir vaxtlarında yayım saatını kliplər, bədii və cizgi filmlər təşkil edib.

Lakin 2002-ci ildən “Son Xəbər” adlı xəbər verilişi ilə informasiya proqramı yayımına başlayıb.

2009-cu ilin oktyabrında “ATV International” adlı digər kanal yayıma başlayıb. 2013-cü ildə kanalın adı dəyişdirilərək CBC olub. Bu, Azərbaycanın ilk və yeganə beynəlxalq telekanalıdır.

21 dekabr 2015-ci il tarixində “ATV Plus”da “HD” yayıma başlayıb. Hazırda “Azad Azərbaycan HD” kanalının ölkənin hər yerindən izlənilməsi imkanı var.

4 yanvar 2016-cı il tarixindən etibarən Rusiyanın “NTV Plus” kabel televiziyasında yayımlanır.

28 yanvar 2022-ci ildə “Azerspace-1” peykində HD yayım formatına keçib.

Manset.az kollektivi adından ATV-dəki həmkarlarımızı təbrik edir, onlara işlərində yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzu edirik. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az