logo
logo logo
logo

Hikmət Mirzəyevin 31 il əvvəlki görüntüləri gündəm oldu - FOTO

08:05 - 13 Yanvar 2024

Hikmət Mirzəyevin 31 il əvvəlki görüntüləri gündəm oldu - FOTO

Xəbər verdiyimiz kimi Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin olunub.

 

Manset.az  metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Mirzəyev eyni zamanda, Quru Qoşunların komandanı vəzifəsini tutacaq.

Hikmət Mirzəyevin təyinatından sonra onun arxiv görüntüləri yenidən gündəm olub. 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından olan general-leytenant Hikmət Mirzəyevin gənclik illərinin fotoları maraqlı müzakirələrə səbəb olub.

Fotoların 1993-cü ildə Birinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Taborun heyəti arasında çəkildiyi iddia edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az