Vatsap növbəti funksiyasını təqdim edəcək.
Manset.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.
Məlumatda bildirilir ki, istifadəçilər başqa cihazdan və ya veb brauzer vasitəsilə status yeniləmələrini paylaşacaqlar.
Qeyd edək ki, Vatsap-ın status yeniləmə funksiyası 2020-ci ildə istifadə olunmağa başlayıb.
Bu funksiyanın populyarlığı artıb, çünki o, digər mesajlaşma proqramlarına oxşar funksiyalar təklif edir. Bu funksiya yalnız mobil cihazlar üçün məhdud idi. Ən son versiya ilə bu funksiya masaüstündə də mövcud olacaq.
Vatsap-ın təklif etdiyi bu funksiya hələ sınaq mərhələsində olsa da, yaxın aylarda yenilənmə ilə istifadəçilərə təqdim ediləcəyi gözlənilir.
Jalə
Manşet.az