Azərbaycanda 22 yanvar qeyri-iş günü olacaq? - AÇIQLAMA

22:51 - 16 Yanvar 2024

Azərbaycanda 22 yanvar qeyri-iş günü olacaq? - AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

 

2024-cü il üçün iş vaxtı normasına əsasən, 20 Yanvar – Ümumxalq Hüzn Günü olduğu üçün qeyri-iş günü hesab edilir. Ancaq 20 yanvar şənbə gününə təsadüf edir.

Bəs maraqlıdır, 20 yanvar şənbə gününə təsadüf etdiyi üçün 22 yanvar qeyri-iş günü hesab olunacaq?

Manset.az  xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı mövzu ilə bağlı Bizim.media-ya açıqlama verib.

O qeyd edib ki, qanunvericiliyə əsasən, 20 Yanvar – Ümumxalq Hüzn Günüdür və həmin tarix iş günü hesab edilmir:

“Həmçinin sözügedən tarix hüzn günü olduğuna görə bayramlardan fərqli olaraq, qeyri-iş gününə düşdüyü halda belə əvəz edilmir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az