Ötən il 50 mindən çox şəxsə əlillik təyin olundu

14:21 - 18 Yanvar 2024

Ötən il 50 mindən çox şəxsə əlillik təyin olundu

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü il ərzində 50,7 min şəxsə əlillik təyin edilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (“ƏƏSMN) Manset.az-a verilən məlumata görə, onlardan 25,2 mininə ilkin, 25,5 mininə təkrar əlillik təyinatı aparılıb.

Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub.

Qeyd olunan dövrdə Agentliyin reabilitasiya müəssisələrində 87,7 min şəxsə reabilitasiya xidmətləri göstərilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az