Almaniyanın ən gözəl qadını 39 yaşlı iranlı mühacir seçildi - FOTO

17:31 - 26 Fevral 2024

Almaniyanın ən gözəl qadını 39 yaşlı iranlı mühacir seçildi - FOTO

Almaniyada keçirilən “Miss Germany 2024” gözəllik yarışmasında 39 yaşlı iranlı Apameh Senauer ölkənin ən gözəl qadını seçilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 15 min qadının iştirak etdiyi yarışmanın qalibi olan Senauer qalib gəldiyinə inanmadığını deyib.

6 yaşında ailəsi ilə birlikdə İrandan Almaniyaya köçən Senauerin hazırda alman əri və iki övladı var.

Senauer müsabiqədə 25 min avroluq mükafatı qazanıb.

O, öz titulundan imkansız və məzlum qadınları, xüsusən də İrandan Almaniyaya köçmüş qadınları müdafiə etmək üçün istifadə etməyi hədəfləyib.

Digər tərəfdən yaş məhdudiyyətinin qaldırıldığı yarışmanın ən böyük iştirakçısı 42 yaşlı Mignon Kowollik olub.

Əfsanə Rəcəb

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az