ABŞ prezidenti Co Bayden Qəzzada atəşkəsin çox yaxın olduğunu və gələn bazar ertəsi atəşkəsə nail ola biləcəyini deyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ prezidenti bu barədə Nyu Yorka səfəri zamanı gündəmlə bağlı mətbuat mənsublarının suallarını cavablandırarkən deyib.
Bayden Qəzzada atəşkəsin nə vaxt əldə oluna biləcəyi ilə bağlı sualı belə cavablandırıb:
“Ümid edirəm ki, bu həftənin sonuna qədər. Milli təhlükəsizlik müşavirim deyir ki, çox yaxınıq, amma hələ işimiz bitməyib. Ümid edirəm ki, gələn bazar ertəsinə qədər Qəzzada atəşkəs əldə olunacaq”.
Əfsanə Rəcəb
Manşet.az