Ukraynanın Poltava vilayətində məktəblilərə pilotsuz uçuş aparatlarını (PUA) idarə etməyi öyrətmək qərarına gəliblər.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə yerli işə qəbul və sosial dəstək üzrə mərkəzinin “Facebook” sosial şəbəkəsində yaydığı məlumatda deyilir.
“Məktəblərdə uşaqlara dronları necə uçurmaq öyrədiləcək. 2023-2024-cü tədris ili üçün Ukraynanın Müdafiəsi fənni proqramına mühüm dəyişikliklər edilib. Bundan sonra dərslərdə tələbələr taktiki tibb, mina təhlükəsizliyi, ərazi naviqasiyası və PUA-ların idarə edilməsini öyrənəcəklər”, - deyə məlumatda qeyd olunub.
Bildirilir ki, Poltava vilayəti yeni təlim sahələrinin praktikaya tətbiq olunduğu ilk bölgə olub. Lakin dərs keçmək üçün pilotsuz təyyarələr hələ alınmayıb.