Ukraynalı məktəblilərə dronları uçurmaq öyrədiləcək

16:21 - 29 Fevral 2024

Ukraynalı məktəblilərə dronları uçurmaq öyrədiləcək

Ukraynanın Poltava vilayətində məktəblilərə pilotsuz uçuş aparatlarını (PUA) idarə etməyi öyrətmək qərarına gəliblər.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə yerli işə qəbul və sosial dəstək üzrə mərkəzinin “Facebook” sosial şəbəkəsində yaydığı məlumatda deyilir.

“Məktəblərdə uşaqlara dronları necə uçurmaq öyrədiləcək. 2023-2024-cü tədris ili üçün Ukraynanın Müdafiəsi fənni proqramına mühüm dəyişikliklər edilib. Bundan sonra dərslərdə tələbələr taktiki tibb, mina təhlükəsizliyi, ərazi naviqasiyası və PUA-ların idarə edilməsini öyrənəcəklər”, - deyə məlumatda qeyd olunub.

Bildirilir ki, Poltava vilayəti yeni təlim sahələrinin praktikaya tətbiq olunduğu ilk bölgə olub. Lakin dərs keçmək üçün pilotsuz təyyarələr hələ alınmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az