Türkiyə Xarici İşlər Naziri Hakan Fidan martın 1-3-də keçiriləcək 3-cü Antalya Diplomatik Forumu öncəsi Antalyada Qazaxıstan Baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.
Bu barədə Manset.az diplomatik mənbələrə istinadən xəbər verir
İkitərəfli siyasi əlaqələrin müzakirə edildiyi görüşdə müdafiə sənayesi, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılacaq addımlar qiymətləndirilib.
Ötən il iki ölkə arasında 10 milyard dollarlıq ticarət həcmi hədəfinin aşıldığı xatırlanaraq, tərəflərin ticarət, enerji və nəqliyyat sahələrində sonrakı layihələri dəyərləndirdikləri qeyd edilib.
Görüş zamanı tərəflərin regional məsələləri hərtərəfli müzakirə etdiyi vurğulanıb, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində gələcək əməkdaşlıq sahələrinin gündəmdə olduğu paylaşılıb.
Jalə
Manşet.az