İsraillə qarşıdurmada olan Hizbullah daha 1 üzvünün öldüyünü açıqladı

18:11 - 29 Fevral 2024

İsraillə qarşıdurmada olan Hizbullah daha 1 üzvünün öldüyünü açıqladı

Hizbullah Hərəkatının Livanın cənubunda İsrail ordusu ilə toqquşmada daha bir üzvü  öldürülüb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hizbullah  itkilərlə bağlı yeni açıqlama verib.

Açıqlamada Mahmud Əli Həmmud adlı üzvünün öldürüldüyünü qeyd edib.

Qeyd edək ki, 2023-cü il oktyabrın 8-dən İsrail ordusu ilə toqquşmalarda həlak olan Hizbullah üzvlərinin sayı 220-yə yüksəlib.

Bundan əlavə, toqquşmalarda 45 livanlı mülki şəxs, 11 Amal Hərəkatı, 12 Həmas və 12 İslami Cihad üzvü, həmçinin 6 mülki İsrail vətəndaşı və 11 əsgər həlak olub.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az