Şahzadənin cəsur geyimi ayrılığı bitirdi - "Onun başqası ilə olması fikrinə dözə bilmədi"

19:14 - 29 Fevral 2024

Şahzadənin cəsur geyimi ayrılığı bitirdi - \"Onun başqası ilə olması fikrinə dözə bilmədi\"

Britaniya kral ailəsinin ən sevimli cütlüklərindən biri olan Uels şahzadəsi Uilyam və şahzadə Keyt Middlton 2001-ci ildə Sent-Endryus Universitetində tələbə olarkən tanış olublar. 


Manset.az xəbər verir ki, Middleton 2002-ci ildə məktəb moda nümayişində tül paltarda görünəndən sonra ikilinin dostluğu romantik münasibətə çevrilib.

2004-cü ildə sevgi münasibətlərini ictimaiyyətə elan edən cütlük 5 illik birlikdəlikdən sonra 2007-ci ilin aprelində ayrılıb. O vaxt yayılan xəbərlərdə Keytin münasibətləri ətrafında medianın daimi diqqətindən çətinlik çəkdiyi və fərqli karyeraları səbəbiylə bir-birlərindən uzaqlaşdıqları deyilirdi.

İki aylıq ayrılıqdan sonra 2007-ci ilin iyununda Keyt ilə yenidən bir araya gələn Uilyam 2010-cu ildə sevgilisinə evlilik təklifi etmişdi. 2011-ci ildə ailə quran cütlüyün 2013-cü ildə ilk övladları - Corc Aleksander Lui dünyaya gəlib. Məşhur cütlüyün qızı Şarlotta Elizabet Diana 2015-ci ildə doğulub. Uilyam və Keyt 2018-ci ildə Lui Artur Çarlz adını qoyduqları oğullarının dünyaya gəlməsi ilə üçüncü dəfə valideyn olmaq sevincini yaşayıblar.

Kraliyyət yazarə Penni Junor 13 ildir xoşbəxt şəkildə evli olan cütlüyün 2007-ci ildə ayrılmasının səbəbini araşdırıb və şahzadə Uilyamın Keyt Middletona aşiq olduğunu, lakin "çox bağlanmaqdan qorxduğunu" yazıb. 

Penni Junorun yazdıqlarından:

"Digər tələbələr həyatlarının ən gözəl günlərini yaşayarkən, Keyt dərslərdə səylə iştirak edir və əksər yeniyetmələrdən daha çox oxuyurdu. O, sinfində qızlarla gəzmirdi və deyəsən şahzadə Uilyamın ətrafındakıları sevmirdi. O, şişirdilmiş yuxarı sinif aksenti ilə danışmırdı və tez-tez makiyaj belə etmirdi. Qısacası, Keyt gözə çarpmırdı və sadəcə bu xüsusiyyəti belə şahzadə Uilyam üçün cazibəsinin güclü bir parçası idi. Kraliyyət ailəsinin diqqətini cəlb etməyə çalışan bir çox qızlardan fərqli olaraq, o, heç vaxt buna çalışırmış kimi görünmədi.

Şahzadə Uilyam qızların diqqətini qətiyyən sevmirdi. Amma o, Keyti ​​qətiyyən təhdidkar görmürdü. Əslində, Keyt Uilyamın ilk ilində qarşılaşdığı qızlar arasında ən az "aqressiv" olanlardan biri idi. Keytin öz dəyərinə dair sağlam bir duyğusu var idi. Bir nəfər ona şahzadə ilə sevgili olduğu üçün şanslı olduğunu dedikdə, tərəddüd etmədən belə cavab vermişdi: "Əslində o, mənə aşiq olduğu üçün çox şanslıdır!"

İkilinin münasibətindəki problem Uilyam idi. O, yalnız bir qadını sevməyin mümkün olub-olmaması ilə bağlı narahat idi. Dostları da Keyti ​​o qədər də sevmirdilər, bəziləri onun bir az daha çox məntiqli və ciddi olduğunu, onların çılğınlığını bəyənmədiyini düşünürdülər. Bu arada, Uilyam da Keytin tanış olmazdan əvvəl başqa ciddi münasibətinin olmadığını bilirdi.

2007-ci ildə iki aylıq ayrılıqları zamanı şahzadəni qaçaraq Keytin yanına qayıtmağa məcbur edən şey qısqanclıq idi. Çünki Keyt xoşbəxt olmasa da, evdə oturub dərd çəkməmiş, cəsur bir paltar geyinərək cəsarətlə şəhərin mərkəzində gəzmişdi. Uilyam olduqca köhnə fikirli biri idi və onun başqa biri ilə olacağı düşüncəsinə  dözə bilməyəcəyini başa düşürdü. Lakin buna baxmayaraq, Uilyamın Keytə evlilik təklifi etməsi üçün daha 3,5 il zamana ehtiyac oldu. Diananı tanımadan evlənən atasının əksinə, Uilyam evliliyin davamlı olacağına əmin olana qədər gözlədi..."

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az