Ukrayna Prezidenti Volodimir Zelenski, Ankaradaki səfəri çərçivəsində "Anıtkabir"i ziyarət edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski və yanında olan heyət, əvvəlcə Misak-ı Milli Qülləsi qarşısında yürüyərək, Ulu Öndər Mustafa Kamal Atatürkün məzarına gəliblər.
Zelenski, Atatürkün məzarına çələng qoyub və sonra hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla anma mərasimi keçirilib.