ABŞ və Ukrayna sülh planı üzrə danışıqlar keçirəcək

16:58 - 22 Noyabr 2025

ABŞ və Ukrayna sülh planı üzrə danışıqlar keçirəcək

Yaxın günlərdə ABŞ və Ukrayna nümayəndə heyətləri İsveçrədə sülh planı üzrə danışıqlar keçirəcəklər.


Manset.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun bəyanatına istinadən məlumat yayıb.

"Bu günlərdə İsveçrədə Ukrayna və ABŞ-nin yüksək vəzifəli məmurları arasında gələcək sülh sazişinin mümkün parametrləri ilə bağlı məsləhətləşmələrə başlayırıq. Bu, son günlərdə davam edən və ilk növbədə, gələcək addımlarla bağlı baxışları razılaşdırmaq üçün nəzərdə tutulmuş dialoqun növbəti mərhələsidir".

Məlumata görə, Ukrayna nümayəndə heyətinə ölkə Prezidentinin administrasiyanın rəhbəri Andrey Yermak rəhbərlik edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az