İsrail Qəzzaya hücum etdi

19:57 - 22 Noyabr 2025

İsrail Qəzzaya hücum etdi

İsrail ordusunun Qəzza zolağının müxtəlif şəhərlərində həyata keçirdiyi hücumlarda ən azı 8 fələstinli həyatını itirib, çox sayda insan yaralanıb.


Manset.az-a APA-ya istinadən xəbər verir ki, bu barədə Qəzza Mülki Müdafiə Müdirliyi açıqlama yayıb.

    Bildirilib ki, Qəzza şəhərinin qərbindəki Əl-Abbas qovşağında mülki avtomobilə hücum edilib: “Mülki müdafiə qrupları hədəf alınan avtomobildən 3 fələstinlinin cəsədini çıxarıb. Hücum nəticəsində yaralananlar da olub”.

    Həmçinin qeyd edilib ki, Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsində Əl-Avde xəstəxanası yaxınlığındakı evə edilən hücumda 3 fələstinli ölüb, 11 fələstinli yaralanıb: “İsrail döyüş təyyarələri Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Belah şəhərində bir evə də hücum edib. Hücumda 2 fələstinli həyatını itirib, yaralananlar var.

    İsrail ordusu başqa bir açıqlamada Rəfah bölgəsində tunellərdən çıxdığı iddia edilən 3 fələstinlini öldürdüyünü, Qəzzanın şimalında baş verən 2 ayrı hadisədə sarı xətti keçdiyi iddia edilən 4 fələstinlidən 2-nin hədəf alındığını iddia edib.

    Həmçinin bildirilib ki, İsrail mediası Qəzza zolağına hücumların ABŞ-ın Kiryat Qatdakı bazası ilə koordinasiyalı şəkildə həyata keçirilib: “İsrail ordusunun gün ərzində Büreyc Qaçqınlar Düşərgəsi və Cibaliyaya qarşı həyata keçirdiyi hücumlarda 3 fələstinli yaralanıb”.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az