Rusiyanın Ternopola hücumu nəticəsində ölənlərin sayı artdı

20:52 - 22 Noyabr 2025

Rusiyanın Ternopola hücumu nəticəsində ölənlərin sayı artdı

Ukraynanın Ternopil şəhərində Rusiyanın raket zərbəsi nəticəsində uçmuş çoxmərtəbəli yaşayış binasının dağıntılarının təmizlənməsi üzrə işlər davam edir.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti özünün Telegram kanalında məlumat yayıb.

Məlumata görə, Ternopolda axtarış-xilasetmə əməliyyatları dörd gündür davam edir və ölənlərin sayı hazırda altı uşaq olmaqla 33-ə çatıb.

"Ola bilsin ki, bu, ölənlərin son sayı deyil, çünki bir neçə nəfər hələ də itkin düşmüş hesab olunur", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri noyabrın 18-dən 19-na keçən gecə pilotsuz uçuş aparatları və qanadlı raketlərdən istifadə etməklə Ternopola kütləvi hücum edib. Nəticədə 9 mərtəbəli bina qismən dağıdılıb, digərində isə yanğın baş verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az