ABŞ Prezidenti Donald Trampın sərvəti 2025-ci ilin sentyabr ayından bəri 1,1 milyard dollar azalaraq 6,2 milyard dollara enib.
Manset.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.
Nəşrin məlumatına əsasən, itkilər Trump Media & Technology Group şirkətinin səhmlərinin ucuzlaşması ilə bağlıdır. Sentyabrda təxminən 17 dollara ticarət olunan səhmlərin qiyməti hazırda 10,30 dollara düşüb.
Bu dəyişikliklə Tramp Forbes milyarderlər siyahısında 595-ci pilləyə geriləyib. Sentyabrın əvvəlində jurnal onun sərvətini 7,3 milyard dollar qiymətləndirərək siyahıda 201-ci yerdə göstərmişdi.